Avstraliyanın yeni hökumətində rekord sayda qadın təmsil olunub

Avstraliyanın yeni hökumətində rekord sayda qadın təmsil olunub Avstraliyanın çərşənbə günü and içən yeni hökumətində rekord sayda - 13 qadın, o cümlədən yerli xalqların işləri üzrə naziri təyin edilən ilk müsəlman və aborigen qadın var.
Digər ölkələr
2 İyun , 2022 08:58
Avstraliyanın yeni hökumətində rekord sayda qadın təmsil olunub

Avstraliyanın çərşənbə günü and içmiş yeni hökumətində rekord sayda - 13 qadın, o cümlədən yerli xalqların işləri üzrə naziri təyin edilən ilk müsəlman və aborigen qadın var.

Bu barədə “Report” “Associated Press”ə (AP) istinadən xəbər verir.

Mərasim yeni Baş nazir Entoni Albanezenin sol mərkəzçi Leyborist Partiyasının seçkilərdə qələbə qazanmasından 11 gün sonra keçirilib.

Albanese tviter hesabında "Avstraliyanın özü kimi müxtəlifliyi əhatə edən bir hökumətə rəhbərlik etməkdən qürur duyuram", - yazıb.

Gənclər naziri Ann Əli Avstraliya hökumətində ilk müsəlman qadın, sənaye və elm naziri Ed Husik isə Nazirlər Kabinetinin ilk müsəlman nazir olub.

Linda Burney yerli xalqların işləri naziri vəzifəsini icra edən ilk qadın və ikinci yerli şəxs olub.

Son xəbərlər

Orphus sistemi