Avstraliyada baş verən təbii yanğınlar səbəbilə ölkəyə səyahət etməyi planlaşdıran xarici turistlərin sayı 10-20 faiz azalıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Australian Financial Review” məlumat yayıb.
İlin sonuna qədər turizm sənayesi 4,5 milyard Avstraliya dolları (təxminən 3 milyard ABŞ dolları) itirə bilər.
“Avstraliya Turizm Xidmətləri İxracı Şurası” şirkətinin direktoru Piter Şelli nəşrə açıqlamasında əsas bazarlarda – ABŞ, Böyük Britaniya və Çində imtinaların çoxaldığını söyləyib.
Onun sözlərinə görə, xarici turistlər ölkə iqtisadiyyatına hər il 45 milyard Avstraliya dolları (təxminən 30 milyard ABŞ dolları) qazandırır.