Avstraliyanın hakimiyyət orqanları su çatışmazlığına görə 10 min dəvəni öldürəcək

Avstraliyanın hakimiyyət orqanları su çatışmazlığına görə 10 min dəvəni öldürəcək Avstraliya məmurları ölkədə güclü meşə yanğınları dövründə minlərlə dəvəni həddən artıq su içmələri səbəbindən öldürməyə qərar veriblər.
Digər ölkələr
7 Yanvar , 2020 22:19
Avstraliyanın hakimiyyət orqanları su çatışmazlığına görə 10 min dəvəni öldürəcək

Avstraliya məmurları ölkədə güclü meşə yanğınları dövründə minlərlə dəvəni həddən artıq su içmələri səbəbindən öldürməyə qərar veriblər.

Bu barədə “Report” “The Hill”ə istinadən xəbər verir.

Hakimiyyət orqanları təxminən 10 min dəvəni ona görə öldürmək istəyir ki, onlar çox su içirlər. Su isə Avstraliyanı bürüyən meşə yanğınlarının söndürülməsi üçün lazımdır. Heyvanların öldürülməsi üçün xüsusi beşgünlük kampaniya keçiriləcək. Kampaniya çərşənbə günü başlayacaq.

Nəşr qeyd edib ki, su axtaran dəvələr hətta yerli sakinlərin evlərinə girirlər.

"Dəvələrin cəsədləri yandırılacaq və ya basdırılacaq", - nəşr bildirib. 

Son xəbərlər

Orphus sistemi