Avstraliyada yaşayış evinin eyvanı uçub, ölən və yaralananlar var

Avstraliyada yaşayış evinin eyvanı uçub, ölən və yaralananlar var Eyvanın uçması nəticəsində 1 qadın ölüb, daha 18 nəfər xəsarət alıb
Digər ölkələr
16 Dekabr , 2017 22:30
Avstraliyada yaşayış evinin eyvanı uçub, ölən və yaralananlar var

Bakı. 16 dekabr. REPORT.AZ/ Avstraliyada yaşayış evinin eyvanı uçub.

"Report" xəbər verir ki, bu barədə "Herald Sun" məlumat yayıb. 

Məlumata görə, hadisə Melburn yaxınlığındakı şəhərdəki fərdi evlərdən birində, şənlik mərasimi zamanı baş verib. Hadisə nəticəsində 1 qadın ölüb, daha 18 nəfər xəsarət alıb.

Qeyd edilir ki, hadisə zamanı eyvanda 30 nəfər olub. 

Polis hadisənin başvermə şəraitini araşdırır.

Son xəbərlər

Orphus sistemi