Avstraliyada yanğınlar 12 milyon hektardan çox meşə sahəsini məhv edib
Digər ölkələr
- 25 avqust, 2022
- 17:14
2019-2020-ci illərdə Avstraliyada baş verən yanğınlar 12 milyon hektardan çox meşə sahəsini məhv edib və 3 milyarda yaxın heyvanın ölümünə səbəb olub.
"Report" TASS-a istinadən xəbər verir ki, britaniyalı alimlərin bu barədə araşdırması "Scientific Reports" jurnalında dərc olunub.
Araşdırmaya görə, meşə və çöl yanğınları son 30 ildə stratosferin ən güclü istiləşməsinə səbəb olub.
2019-cu il oktyabrın ortalarında Avstraliyanın şərq sahillərində irimiqyaslı meşə yanğınları başlayıb. Yanğın qitənin cənub-şərqində geniş əraziləri, eləcə də ölkənin cənubunda bir sıra əraziləri əhatə edib. Vəziyyət yalnız 2020-ci ilin fevral ayının birinci ongünlüyündə baş verən güclü yağışlardan sonra yaxşılaşıb. Bu hadisə ekoloji fəlakət kimi tanınıb.
Son xəbərlər
03:29
"Okean Ştatı"nda baş verən atışmada şübhəli şəxs daxil olmaqla üç nəfər ölüb
Digər ölkələr03:06
Gürcüstan tarixində ilk dəfə Qış Olimpiya Oyunlarında medal əldə edib
Digər ölkələr02:47
Kanada dünyanın 40 ölkəsi ilə Trampa qarşı birləşir
Digər ölkələr02:06
Polşa hökuməti vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb
Digər ölkələr01:43
Nepal həvəskar alpinistlərə Everestə çıxmağı qadağan edəcək
Digər ölkələr01:12
Litvanın Aİ Şurasına sədrliyi dövründə prioritetləri bəlli olub
Digər ölkələr00:43
Mətbuat Rusiya, Ukrayna və ABŞ arasındakı danışıqlara buraxılmayacaq
Digər ölkələr00:20
Video
Sumqayıtda mənzildə baş verən yanğın söndürülüb - YENİLƏNİB
Hadisə00:14