Avstraliyada üç əsas nazir baş nazirin istefası tələbi ilə vəzifədən gedib

Avstraliyada üç əsas nazir baş nazirin istefası tələbi ilə vəzifədən gedib Bakı. 23 avqust. REPORT.AZ/ Avstraliya hökumətinin üç əsas naziri rəhbərliyə qarşı qeyri-müəyyənliyin aradan qaldırılması üçün hakim koalisiyaya daxil olan Liberal Partiyasının (PL) növbədənkənar toplantısının keçirilməsinə dair tələbi dəstəkləyərək istefa ərizəsi yazıb.
Digər ölkələr
23 Avqust , 2018 08:07
Avstraliyada üç əsas nazir baş nazirin istefası tələbi ilə vəzifədən gedib

Bakı. 23 avqust. REPORT.AZ/ Avstraliya hökumətinin üç əsas naziri "rəhbərliyə qarşı qeyri-müəyyənliyin aradan qaldırılması" üçün hakim koalisiyaya daxil olan Liberal Partiyasının (PL) növbədənkənar toplantısının keçirilməsinə dair tələbi dəstəkləyərək istefa ərizəsi yazıb.

“Report” TASS-a istinadən xəbər verir ki, maliyyə naziri Matias Kormann, rabitə və incəsənət naziri Mitç Fayfild və məşğullluq və innovasiya naziri Mikeliya Keş bunu cümə axşamı Kanberrada keçirilən birgə mətbuat konfransında deyiblər.

Eyni anda Liberal Partiyasından olan üç nazirin dəstəyini itirən baş nazir və partiya lideri Malkolm Tyornbull elə bu gün istefa verə bilər.

Bundan əvvəl keçmiş daxili işlər naziri liberal Piter Datton bəyan edib ki, üç gün ərzində ikinci dəfə partiyada Tyornbullun liderliyinə etiraz etmək niyyətindədir. Onun fikrincə baş nazir artıq partiyada əksəriyyətin dəstəyinə ümid bəsləyə bilməz və liderliyi başqalarına buraxmalıdır.

Son xəbərlər

Orphus sistemi