Yuxarı

​Avstraliyada siklon 30 min evi işıqsız qoyub

Hakimiyyət təbii fəlakətlə bağlı əhalini evdən çıxmamağa çağırıb

Bakı. 20 fevral. REPORT.AZ/ Avstraliyanın şərq sahillərində baş verən güclü tropik "Marsiya" siklonu ölkəninin Kvinslend ştatında 30 mindən artıq evi elektrik enerjisindən məhrum edib.

"Report" "BBC"yə istinadən xəbər verir ki, siklon evlərin damlarındakı və küçələrdəki elektrik xətlərini sıradan çıxarıb.

İlkin məlumata görə, xəsarət alan yoxdur.

Hakimiyyət təbii fəlakətlə bağlı əhalini evdən çıxmamağa və daha etibarlı yerlərə sığınmağa çağırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi