Avstraliyada sürücü avtomobili piyadaların üzərinə sürüb, 19 nəfər yaralanıb - VİDEO

Digər ölkələr
  • 21 dekabr, 2017
  • 07:24
Avstraliyada sürücü avtomobili piyadaların üzərinə sürüb, 19 nəfər yaralanıb - VİDEO

Bakı. 21 dekabr. REPORT.AZ/ Avstraliyanın Melburn şəhərində sürücü avtomobili piyadaların üzərinə sürüb. 

"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, şəhərin mərkəzində baş verən hadisə nəticəsində 19 nəfər xəsarət alıb. 

Ölkənin Viktoriya ştatının Polis İdarəsindən bildirilib ki, yaralılar təcili yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıblar. Yaralılardan biri uşaqdır. Uşağın və xəsaərt alan digər bir neçə nəfərin vəziyyəti ağırdır. 

Yaralıların sayının artacağı istisna edilmir. 

Hazırda polis hadisə yerindədir. Avtomobilin sürücüsü saxlanılıb. 

Polis artıq hadisə şahidlərini dindirir və hadisə yerindən uzaqlaşmağı məsləhət görür.

Avstraliyada sürücü avtomobili piyadaların üzərinə sürüb, 19 nəfər yaralanıb - VİDEO

44 filmi