Avstraliyada rəqib qruplar arasında toqquşma baş verib

Avstraliyada rəqib qruplar arasında toqquşma baş verib Islam ekstremizmi və irqçilik əleyhinə aksiya keçirən rəqib qruplar arasında toqquşma baş verib
Digər ölkələr
4 Aprel , 2015 20:41
Avstraliyada rəqib qruplar arasında toqquşma baş verib

Bakı. 4 aprel. REPORT.AZ/ Avstraliyanın bir neçə şəhərində islam ekstremizmi və irqçilik əleyhinə aksiya keçirən rəqib qruplar arasında toqquşma baş verib.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, miqyasına görə ölkənin ikinçi şəhəri hesab olan Melburnda polis nümayişin gedişatına qarışıb. Bir neçə aksiya iştirakçısının saxlanıldığı bildirilir.

Nümayişlərə ilk çağırış Avstraliya dəyərlərinin keşiyində durduğunu deyən “Reclaim Australia” hərəkatı tərəfindən səslənib. Hərəkat öz tərəfdarlarını ölkənin "islamlaşmasına" yol verməməyə çağırır.

“Reclaim Australia” İslam əleyhinə olmadığını bəyan edir. Hərçənd ki, rəqib aksiya iştirakçıları bu hərəkatı antimüsəlman hisslərini qızışdırmaqda və İslam əleyhinə stereotiplər yaymaqda suçlayırlar.

Son xəbərlər

Orphus sistemi