Avstraliyada parlament seçkilərində erkən səsvermə başlayıb

Avstraliyada parlament seçkilərində erkən səsvermə başlayıb Bu gün Avstraliyada ümumi parlament seçkilərində erkən səsvermə başlayıb.
Digər ölkələr
9 May , 2022 11:29
Avstraliyada parlament seçkilərində erkən səsvermə başlayıb

Bu gün Avstraliyada ümumi parlament seçkilərində erkən səsvermə başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Səsvermə bülletenlərin təqdim edilməsi üçün əsas və son gün olacaq mayın 21-dək davam edəcək.

MSK-dan qeyd edilib ki, vaxtından əvvəl səs vermək istəyən seçicilər üçün ölkə üzrə 500-dən çox seçki məntəqəsi açılacaq və onlar hər gün saat 08:00-dan 18:00-dək işləyəcəklər.

Daha əvvəl MSK 2022-ci il seçkilərində 17,2 milyondan çox seçicinin səs vermək niyyətində olduğunu bildirmişdi. Bu isə səsvermə hüququna malik avstraliyalıların 96,8%-ni təşkil edir. Onlar Nümayəndələr Palatasına 151 deputat və 76 senatordan 40-nı seçməli olacaqlar. Əsas seçki günü ölkədə 105 mindən çox könüllünün çalışacağı 8 min seçki məntəqəsi açılacaq.

Son xəbərlər

Orphus sistemi