Bakı. 26 dekabr. REPORT.AZ/ Avstraliyanın cənubunda tüğyan edən meşə yanğınlarının yayıldığı ərazinin sahəsi genişlənməkdədir, yanğın nəticəsində 50-dək evin məhv edildiyi təxmin edilir.
"Report" TASS agentliyinə istinadən xəbər verir ki, yanğınsöndürənlər təbii fəlakətin öhdəsindən gəlməkdə çətinlik çəkir, onlarıən səylərinə güclənməkdə olan küləyin əngəl törətdiyi qeyd olunur.
Cənubi Avstraliya polisi ərazidə fövqəladə vəziyyət elan edib.