“Avstraliyada koronavirusa yoluxanların göstəricisi 5%-dən 2%-ə enib”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Qreq Hant deyib.
Nazir bildirib ki, Avstraliyada koronavirusa ilk yoluxma halının qeydə alınmasından bəri 313 min koronavirus testi keçirilib:
“Pozitiv nəticələrin artımı bu gün 2% ancaq olub. Bu baxımdan Avstraliya dünyada birinci ilk yerlərdən birinə çıxır”.
Q.Hantın sözlərinə görə, son sutkada ölkədə koronavirusa yoluxanların sayı daha 112 artaraq 5 997 nəfər təşkil edib. O bildirib ki, bu, son 3 həftənin ən aşağı göstəricisidir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 432 000-i ötüb. Bunların 302 288 nəfəri sağalıb, 82 114 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.