Avstraliyada daşqınlar nəticəsində ölənlərin sayı dördə çatıb
- 23 may, 2025
- 10:26
Avstraliyanın cənub-şərqində leysan yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı dörd nəfərə çatıb.
Bu barədə “Report” “Reuters” agentliyinə istinadən xəbər verir.
Daşqın nəqliyyat sistemində fasilələrə səbəb olub. Güclü külək səbəbindən hava limanının uçuş-enmə zolaqlarından biri bağlanıb ki, bu da reyslərin gecikməsinə səbəb olub.
Yerli hakimiyyət orqanlarının ciddi narahatlığına səbəb olan məsələlərdən biri də Sidneyin su təchizatının təxminən 80 %-ni təmin edən Uorraqamba bəndinin dolmasıdır. Hazırda su anbarında suyun səviyyəsi maksimum tutumun təxminən 96 %-ni təşkil edir.
Fövqəladə hallar xidmətinin məlumatına görə, 50 minə yaxın insan təcrid olunmuş vəziyyətdədir.
Avstraliyanın Baş naziri Entoni Albaneze təbii fəlakətdən ən çox zərər çəkən şəhərlərdən biri olan Tariyə səfərini ləğv etməli olub.