Bakı. 27 yanvar. REPORT.AZ/ Avstraliyanın Pert şəhərində təşkil edilən aviaşou zamanı təyyarə minlərlə tamaşaçının gözü qarşısında qəzaya uğrayıb.
"Report" "The Australian" qəzetinə istinadən xəbər verir ki, qəza nəticəsində pilot və sərnişin həlak olub.
Məlumata görə, hadisə Avstraliya Günü bayramının qeyd edilməsi əsnasında baş verib. Təyyarə Suan çayına düşüb. Aviaşounun digər iştirakçıları və tamaşaçılar xəsarət almayıb.
Polisin məlumatına görə, şturval arxasında təcrübəli pilot olub. Hələlik hüquq-mühafizə orqanları hadisənin hansı səbəbdən baş verməsi barədə məlumata malik deyil.