Avstraliyada 5 maqnitudada zəlzələ olub

Avstraliyada 5 maqnitudada zəlzələ olub Avstraliyada, Sidneydən 250 km şimal-qərbdə 5 maqnitudada zəlzələ qeydə alınıb.
Digər ölkələr
23 Avqust , 2024 08:44
Avstraliyada 5 maqnitudada zəlzələ olub

Avstraliyada, Sidneydən 250 km şimal-qərbdə 5 maqnitudada zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Avstraliyanın Dövlət Geologiya Bürosu məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 10 km dərinlikdə, dağlarda, təxminən 16 min insanın yaşadığı Masuelbruk şəhəri yaxınlığında yerləşib.

Qeyd olunur ki, zəlzələdən sonra ilk dəqiqələrdə Avstraliyanın Dövlət Geoloji Bürosu yeraltı təkanları hiss edən vətəndaşlardan 1 000-dən çox məlumat alıb.

Dağıntı və ya xəsarət alanlar barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi