Yuxarı

​Avstraliyada 3 nəfər güclü qasırğanın qurbanı olub

Ölənlərin hamısı avtomobilini sel aparan sürücülər olublar

Bakı. 6 iyun. REPORT.AZ/ Ötən istirahət günləri Avstraliyanın şərq sahillərində baş qaldıran güclü qasırğa nəticəsində ən azı üç nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə Yeni Cənubi Uels ştatının polisi məlumat verib.

Məlumata görə, bazar günü Sidneydə və onun təqribən 70 km. cənubunda yerləşən Boural şəhərciyində avtomobillərini sel aparan iki nəfər suda boğulub. Daha bir nəfər paytaxt Kanberra yaxınlığında batıb.

"Hər üç halda ölənlər maşınlarını sel aparan sürücülər olublar", - deyə Avstraliya polisinin bəyanatında bildirilir.

Hazırda 3 nəfər itkin düşmüş hesab olunur: bir nəfər Sidneydə, ikisi isə Tasmaniyada.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi