Yuxarı
    Bağlamaq

    Avstraliya: Mozambikdə tapılan təyyarə parçaları iki il əvvəl yoxa çıxan "Boeing-777"-yə məxsusdur

    Avstraliyanın nəqliyyat naziri Darren Çester bildirib ki, bu qənaət mütəxəssis rəyinə əsaslanır

    Bakı. 24 mart. REPORT.AZ/ Mozambikin sahillərində aşkarlanan iki təyyarə parçası 2014-cü il martın 8-nə keçən gecə Kuala-Lumpurdan Pekinə uçarkən yoxa çıxan "Malayziya Hava Yollarına" məxsus "Boeing-777" təyyarəsinə məxsusdur.

    "Report" BBC-yə istinadən xəbər verir ki, bunu Avstraliyanın nəqliyyat naziri Darren Çester bildirib. Onun sözlərinə görə, bu qənaət mütəxəssis rəyinə əsaslanır.

    Qeyd edək ki, 2014-cü il martın 8-nə keçən gecə göyərtəsində 227 sərnişin və 12 heyət üzvünün olduğu "Boeing 777" təyyarəsi Kuala-Lumpurdan Pekinə uçarkən radarlardan itib. Axtarışların uzun müddət davam davam etməsinə baxmayaraq, təyyarənin izini tapmaq mümkün olmamışdı.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi