Avstraliya işçi vizalarının alınması tələblərini sərtləşdirib

Digər ölkələr
  • 18 aprel, 2017
  • 06:42
Avstraliya işçi vizalarının alınması tələblərini sərtləşdirib

Bakı. 18 aprel. REPORT.AZ/ Avstraliya baş naziri Malkolm Törnbull qısamüddətli işçi vizalarının ləğv edildiyini və ölkədə işləmək üçün viza almaq tələblərinin sərtləşdirildiyini bəyan edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, baş nazir ölkə vətəndaşlarının Avstraliyada iş əldə etməklə bağlı üstünlük qazanmalı olduqlarını söyləyib.  

M.Törnbull buna görə də əcnəbi vətəndaşlara müvəqqəti işləmək imkan verən viza formasının ləğv edilməsi barədə qərar qəbul edildiyini açıqlayıb.

Onun sözlərinə görə, yeni vizaları ən yaxşı və ən uğurlu işçilər əldə edəcək. M.Törnbull əlavə edib ki, bu sənədi əldə etmək üçün ingilis dilini yaxşı səviyyədə bilmək, müvafiq iş təcrübəsi zəruri olacaq.

Baş nazirin sözlərinə görə, yeni növ vizalar iki illik müddətə veriləcək. Sonrakı vizalar 4 illik olacaq, amma bunun üçün ingilis dilini daha yüksək səviyyədə bilmək tələb ediləcək.