Yuxarı

Avstraliya aeroportlarının gömrükçüləri tətili təxirə salıblar

Bu barədə Avstraliya Dövlət Qulluqçuları Həmkarlar İttifaqının katibi xanım Nadin Flad məlumat verib

Bakı. 24 mart. REPORT.AZ/ Avstraliya beynəlxalq aeroportlarının gömrük, sərhəd və aqronəzarət xidmətlərinin əməkdaşları martın 24-nə planlaşdırılan tətillərin təxirə salınması barədə qərar qəbul ediblər. Bu barədə martın 23-də Avstraliya Dövlət Qulluqçuları Həmkarlar İttifaqının katibi xanım Nadin Flad məlumat verib.

N.Flad qeyd edib ki, qərar təhlükəsizlik xidməti əməkdaşlarının əmək haqlarının artırılması barədə tələblərindən imtina olunması demək deyil və yalnız Brüsseldə baş vermiş terror aktları ilə bağlı aeroportlarda təhlükəsizlik rejiminin qorunması məqsədilə qəbul edilib. Katib deyib: “Baş nazir Malkolm Ternbull Belçika paytaxtındakı terror aktlarına cavab olaraq, həmkarlar ittifaqlarının üzvlərini martın 24-də tətil keçirməməyə çağırıb. Biz bu çağırışa cavab vermək qərarına gəldik”. N.Flad əlavə edib ki, söhbət tətilin ümumiyyətlə ləğvindən yox, yalnız onun müəyyən müddətə təxirə salınmasından gedir.

Martın 24-də tətil keçirilməsi təşəbbüsü ilə sərhəd, gömrük və aqronəzarət xidmətlərinin əməkdaşları cari həftənin əvvəlində çıxış etmişdilər. Bu xidmətlərin əməkdaşları hökumətlə dondurulmuş əmək haqlarının və bəzi kompensasiyaların bərpası ilə bağlı artıq iki ildir ki, uğursuz danışıqlar aparan Dövlət Qulluqçuları Həmkarlar İttifaqlarının üzvləridirlər. mikadze şəbəkəsinin üzvlərinin hazırda Almaniya, Böyük Britaniya, İtaliya, Danimarka və İsveçdə olduğu idda edilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi