Avroviziyanın I yarımfinalının açılışını Azərbaycan təmsilçisi edəcək

Avroviziyanın I yarımfinalının açılışını Azərbaycan təmsilçisi edəcək Bakı. 8 may. REPORT.AZ/ Avroviziya beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı Lissabonun Altice arenada keçiriləcək.
Digər ölkələr
8 May , 2018 01:51
Avroviziyanın I yarımfinalının açılışını Azərbaycan təmsilçisi edəcək

Bakı. 8 may. REPORT.AZ/ Avroviziya beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı Lissabonun "Altice" arenada keçiriləcək.

"Report" TASS-a istinadən xəbər verir ki, müsabiqədə 19 ölkə yarışacaq.

Tədbirin açılışında Azərbaycan təmsilçisi Aysel çıxış edəcək. Püşkatmaya əsasən həmin axşam İslandiya, Albaniya, Belçika, Çexiya, Litva, İsrail, Belarus, Estoniya, Bolqarıstan, Makedoniya, Xorvatiya, Avstriya, Yunanıstan, Finlandiya, İsveçrə, İrlandiya, Kipr və Ermənistan təmsilçiləri çıxış edəcəklər.

Müsabiqədə həmçinin Portuqaliya, İspaniya və Britaniya təmsilçiləri də çıxış edəcəklər. Portuqaliya ev sahibi olduğundan finalda birbaşa iştirak hüququna malikdir.

Müsabiqənin finalı mayın 12-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi