​Avropa Parlamenti Fələstin Dövlətinin tanınması prosesini dəstəkləyib

​Avropa Parlamenti Fələstin Dövlətinin tanınması prosesini dəstəkləyib "İordan çayının qərb sahilində və Şərqi Qüdsdə İsrailin yaşayış yerləri tikməsi beynəlxalq qanunvericiliyə ziddir"
Digər ölkələr
17 Dekabr , 2014 17:44
​Avropa Parlamenti Fələstin Dövlətinin tanınması prosesini dəstəkləyib

Bakı. 17 dekabr. REPORT.AZ/ Avropa Parlamentinin deputatları Avropa İttifaqına (Aİ) üzv ölkələrin Fələstin Dövlətinin müstəqilliyinin tanınması prosesini və Yaxın Şərq münaqişəsinin dinc yolla həllini dəstəklədiklərini bildiriblər.

"Report" "TASS"a istinadən xəbər verir ki, dekabrın 17-də Strasburqda məsələ ilə bağlı parlament üzvlərinin səs çoxluğu ilə təsdiqlədiyi uyğun qətnamənin icrası Aİ üzvləri üçün məcburi deyil.

"İordan çayının qərb sahilində və Şərqi Qüdsdə İsrailin yaşayış yerləri tikməsi beynəlxalq qanunvericilik baxımından qanunsuzdur", - qətnamədə bildirilib.

Deputatlar 1967-ci ildəki sərhəd əsasında "Qüdsün iki dövlətin paytaxtı olmasını", habelə İsrailin təhlükəsizliyi nəzərə alınmaqla "müstəqil, demokratik, qonşu və yaşayış qabilyyəti olan Fələstin Dövlətini", onların beynəlxalq hüquq çərçivəsində çiyin-çiyinə, milli müqəddəratını təyinetmə prinsipi əsasında mövcudluğu haqda qərarı dəstəkləyib.

Parlament üzvləri hesab edir ki, Aİ Yaxın Şərqdə mövcud problemin həllində əsas rol oynamalıdır. Buna görə də "avropalı deputatlar İsrail və Fələstin parlamentlərinin üzvləri ilə birlikdə" "Parlament üzvləri sülh uğrunda" şüarı adı altında təşəbbüsə başlamaq haqqında razılaşıblar.

Xatırladaq ki, Aİ-nin Fələstinin müstəqilliyini tanıyıb-tanımamaqla bağlı səlahiyyəti yoxdur. Bu məsələ ilə bağlı qərarı üzv dövlətlər ayrı-ayrılıqda qəbul edə bilər. 

Son xəbərlər

Orphus sistemi