Avropanın müsəlman ölkəsində koronavirus aşkarlandı

Avropanın müsəlman ölkəsində koronavirus aşkarlandı Bosniya və Herseqovinada koronavirusa ilk yoluxma faktı qeydə alınıb.
Digər ölkələr
5 Mart , 2020 14:01
Avropanın müsəlman ölkəsində koronavirus aşkarlandı

Bosniya və Herseqovinada koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

“Report” xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Alen Seranik açıqlayıb.

Nazir bildirib ki, Serb Respublikasında 2 nəfərdə koronavirus qeydə alınıb. İnfeksiya daha öncə İtaliyaya səfər etmiş orta yaşlı kişi və onun övladında aşkarlanıb.

Qeyd edək ki, Bosniya və Herseqovinaya Bosniya və Herseqovina Federasiyası və Serb Respublikası daxildir. Status baxımından konfederasiyaya yaxın olsa da, üzvlərin onun tərkibindən çıxmaq hüququ yoxdur.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 85 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 95 607-yə çatıb. Bunların 53 700 nəfəri sağalıb, 3 287 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi