Avropanın iki ölkəsində koronavirusdan ölənlərin sayı kəskin artdı

Avropanın iki ölkəsində koronavirusdan ölənlərin sayı kəskin artdı İspaniyada 233, Belçikada isə daha 30 nəfər koronavirusdan ölüb.
Digər ölkələr
21 Mart , 2020 15:25
Avropanın iki ölkəsində koronavirusdan ölənlərin sayı kəskin artdı

İspaniyada 233, Belçikada isə daha 30 nəfər koronavirusdan ölüb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, virus qurbanlarının sayı İspaniyada 1 326, Belçikada isə 2 dəfə artaraq 67-yə çatıb.

Bundan başqa, hər iki ölkədə koronavirus daşıyıcılarının sayında da artım müşahidə edilib. İspaniyada virusa yoluxanların sayı 25 000-ə yaxınlaşıb, Belçikada isə daha 558 nəfər artaraq 2 800-ü ötüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 186 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 283 256-ya çatıb. Bunların 93 535 nəfəri sağalıb, 11 829 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi