Avropanın daha bir ölkəsində koronavirus aşkarlandı

Avropanın daha bir ölkəsində koronavirus aşkarlandı Farer adalarında koronavirusa ilk yoluxma faktı qeydə alınıb.
Digər ölkələr
4 Mart , 2020 17:40
Avropanın daha bir ölkəsində koronavirus aşkarlandı
Getty

Farer adalarında koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

“Report” yerli “In.fo” agentliyinə istinadən xəbər verir ki, virusa yoluxmuş şəxs daha öncə Fransaya səfər edib.

O, ölkəyə fevralın 24-də qayıdıb.

Qeyd edək ki, Farer adaları Danimarka Krallığına tabe olan muxtar bölgədir. Ancaq 1948-ci ildən müdafiə, ədliyyə, polis, valyuta və xarici siyasət məsələləri istisna olmaqla dövlət səviyyəsində bütün qərarları müstəqil verirlər. 

Xatırladaq ki, koronavirus epidemiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 81 ölkə və regionu əhatə edir. Dünyada virusa yoluxanların sayı 94 249-a çatıb. Onlardan 51 203 nəfəri sağalıb, 3 220 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi