Yuxarı
    Bağlamaq

    Avropada mədəniyyət abidələrinin oğurluğu ilə bağlı əməliyyat keçirilib: 70-dən çox saxlanılan var - FOTO

    Əməliyyatda 18 ölkə, həmçinin Avropol, İnterpol, YUNESKO, Ümumdünya Gömrük Təşkilatı iştirak edib

    Bakı. 22 yanvar. REPORT.AZ/ Avropanın ayrı-ayrı ölkələrində incəsənət əsərlərinin və mədəni-tarixi abidələrin oğurluğuna, habelə satışına qarşı mübarizə məqsədilə irimiqyaslı əməliyyat keçirilib.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Mülki Qvardiyası bildirib.

    Məlumata görə, əməliyyat zamanı 75 nəfər saxlanılıb. Onlardan 3,5 mindən çox mədəniyyət abidəsi götürülüb.

    Xəbərdə qeyd edilir ki, "Pandora" əməliyyatında Avropanın 18 ölkəsi, həmçinin Avropol, İnterpol, YUNESKO, Ümumdünya Gömrük Təşkilatı iştirak edib. İspaniyanın hüquq-mühafizə orqanlarının məlumatına görə, tapılmış 3561 mədəni abidəsiinin yarısı arxeoloji tapıntılardır.

    Saxlanılanların hansı ölkələrin vətəndaşı olmaları barədə məlumat verilmir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi