Avropa Trampın yenidən prezident seçilməməsinə sevinir
Digər ölkələr
- 03 dekabr, 2020
- 07:27
ABŞ-da keçirilən prezident seçkisinin nəticəsi Avropa üçün sevindirici hadisədir.
“Report” “Die Zeit”a istinadən xəbər verir ki, bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ABŞ-da keçirilən seçkinin nəticəsini şərh edərkən deyib.
Onun sözlərinə görə, seçkinin nəticəsi beynəlxalq təşkilatların zəifləməsi prosesini dayandıracaq, eləcə də “multikulturalizmin eroziyasının (aşınmasının "Report")” qarşısını alacaq.
“Biz amerikalılarla mübahisələrin bizi ayırmayacağı şəkildə yenidən danışa bilərik. Nəzərə almaq lazımdır ki, biz bütün bunları yaşamışıq”, - Almaniya prezidenti vurğulayıb.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-da keçirilən prezident seçkisinin nəticələrinə görə, Demokratlar Partiyasının nümayəndəsi, 79 yaşlı Cozef Bayden qalib gəlib.
Son xəbərlər
04:52
Platini İnfantinonu FİFA prezidenti postundan getməyə çağırıb
Digər ölkələr04:24
Cevdet Yılmaz dövlət başçısının səlahiyyətlərini icra edəcək
Region04:16
Bursada 100-dən çox şəxs toyda yeməkdən zəhərlənib
Region03:43
Fransa sosialistlərinin lideri prezidentliyə namizədliyini irəli sürüb
Digər ölkələr03:14
SEPAH ABŞ-nin İordaniyadakı bazasına hava hücumu edib - YENİLƏNİB
Digər ölkələr02:45
Adriatik dənizin İtaliya sahillərində yaxta yanıb
Digər ölkələr02:12
Böyük Britaniyanın beynəlxalq axtarışa verdiyi şəxs İstanbulda tutulub
Region01:44
Tramp Kanada şirkətlərinə bizneslərini ABŞ-yə köçürməyi təklif edib
Digər ölkələr01:16