Avropa qaz anbarlarını noyabr ayına qədər 80% doldurmaq istəyir

Avropa qaz anbarlarını noyabr ayına qədər 80% doldurmaq istəyir Avropa Parlamenti Avropa İttifaqının qaz anbarlarının qışa qədər doldurulması planlarını təsdiqləyib.
Digər ölkələr
24 İyun , 2022 04:38
Avropa qaz anbarlarını noyabr ayına qədər 80% doldurmaq istəyir

Avropa Parlamenti Avropa İttifaqının qaz anbarlarının qışa qədər doldurulması planlarını təsdiqləyib.

“Report” xəbər verir ki, plana əsasən noyabrın 1-dək qaz anbarlarının ən azı 80%-i dolmalıdır.

Qeyd olunur ki, qanuni qüvvəyə malik olan bu reqlament Rusiyanın Ukraynadakı hərəkətlərinə cavab olaraq qəbul edilib. Artıq bu, ittifaqa üzv olan 27 ölkənin müvafiq nazirləri ilə razılaşdırılıb.

Mətndə Aİ ölkələrinin qaz təchizatı mənbələrini şaxələndirmək və enerji səmərəliliyi tədbirlərini gücləndirmək zərurəti vurğulanır.

Son xəbərlər

Orphus sistemi