Avropa Parlamentinin sədri xəstəxanaya yerləşdirilib

Avropa Parlamentinin sədri xəstəxanaya yerləşdirilib Avropa Parlamentinin sədri, italiyalı deputat David Sassoli xəstəxanaya yerləşdirilib.
Digər ölkələr
10 Yanvar , 2022 20:13
Avropa Parlamentinin sədri xəstəxanaya yerləşdirilib

Avropa Parlamentinin sədri, italiyalı deputat David Sassoli xəstəxanaya yerləşdirilib.

“Report” “Il Messaggero”ya istinadən xəbər verir ki, bunun səbəbi “immun sisteminin pozuntusu üzündən baş verən ağır fəsadlar”dır. D.Sassolinin iştirak etdiyi bütün tədbirlər təxirə salınıb.

İtaliya Demokrat Partiyasının nümayəndəsi, keçmiş jurnalist olan D.Sassoli 2019-cu ilin iyul ayında 2 il yarımlıq müddətə AP sədri seçilib. Ötən ay 65 yaşlı siyasətçi sözügedən vəzifəyə namizəd olmayacağını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi