Avropa Parlamentinin (AP) deputatları Avropa İttifaqının (Aİ) genişlənmə siyasəti ilə bağlı qətnamə qəbul ediblər.
“Report” TASS-a istinadən xəbər verir ki, Strasburqda keçirilən plenar iclasın sessiyası parlamentin saytında yayımlanıb.
“Avropa Parlamenti Aİ Şurasını 2023-cü il dekabrın 14-15-də keçiriləcək sammitdə Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq barədə qərar qəbul etməyə çağırır”, – qətnamənin mətnində deyilir.
Avropa Parlamentinin üzvləri eyni zamanda Bosniya və Herseqovina ilə də oxşar danışıqların başlanmasına çağırıblar.
Həmçinin onlar müəyyən tədbirlərin görülməsi şərti ilə Gürcüstana Aİ-yə üzv olmaq üçün rəsmi namizəd statusunun verilməsinə dair çağırış ediblər.
Digət tərəfdən, avroparlamentarilər Ermənistan hökumətinin Aİ-yə yaxınlaşmağa hazır olmasını alqışlayıb AK-dən İrəvan üçün ikitərəfli münasibətlərdə Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişindən kənara çıxmaq imkanlarını nəzərdən keçirməyi xahiş edibər.