Avropa Parlamenti Türkiyənin Aİ-yə daxil olması prosesinin dayandırılmasına çalışır

Avropa Parlamenti Türkiyənin Aİ-yə daxil olması prosesinin dayandırılmasına çalışır Qətnamə layihəsinin müzakirəsi noyabrın 22-də, səsvermə prosesi isə noyabrın 24-də keçiriləcək
Digər ölkələr
18 Noyabr , 2016 12:51
Avropa Parlamenti Türkiyənin Aİ-yə daxil olması prosesinin dayandırılmasına çalışır

Bakı. 18 noyabr. REPORT.AZ/ Avropa Parlamenti (AP) noyabrın 24-də Strasburqda keçiriləcək plenar iclasında Avropa İttifaqını Türkiyənin Birliyə üzv olması ilə bağlı danışıqları dayandırmağa çağıran qətnamə layihəsinin lehinə səs verəcək.

"Report" xəbər verir ki, bu barədə assambleyadakı mənbəsinə istinadən RİA "Novosti" məlumat yayıb.

"Qətnamə layihəsinin müzakirəsi noyabrın 22-də, səsvermə prosesi isə noyabrın 24-də keçiriləcək", - mənbə bildirib.

Onun sözlərinə görə, AP-də təsir gücü və say baxımından ikinci olan Avropa Sosialistləri və Demokratları parlament fraksiyası tərəfindən həyata keçirilən qətnamə icbari xarakterli deyil.

Son xəbərlər

Orphus sistemi