Avropa Parlamenti Rusiya ilə tərəfdaşlıq sazişini dayandırmaq istəyir

Avropa Parlamenti Rusiya ilə tərəfdaşlıq sazişini dayandırmaq istəyir Bakı. 1 dekabr. REPORT.AZ/ Avropa Parlamenti Rusiya ilə tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin dayandırılması məsələsini nəzərdən keçirməyi təklif edib.
Digər ölkələr
1 Dekabr , 2018 15:58
Avropa Parlamenti Rusiya ilə tərəfdaşlıq sazişini dayandırmaq istəyir

Bakı. 1 dekabr. REPORT.AZ/ Avropa Parlamenti Rusiya ilə tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin dayandırılması məsələsini nəzərdən keçirməyi təklif edib.

Bu barədə "Report" Rusiya KİV-nə istinadən xəbər verir.

Bildirilir ki, bu sazişin qarşılıqlı maraq doğuran mövzulara üzrə əməkdaşlıqla əvəzlənməsi təklif olunur.

Həmçinin qeyd edilir ki, "Şimal axını - 2" layihəsi Avropa İttifaqının (Aİ) Rusiya qazından asılılığını artırır və bu, Aİ-nin vahid enerji bazarı üçün təhlükə yaradır.

Vurğulanır ki, Rusiya yaxın gələcəkdə Aİ-nin əsas tərəfdaşlarından biri olaraq qalacaq.

Son xəbərlər

Orphus sistemi