Avropa Parlamenti Gürcüstanı keçmiş prezident Mixeil Saakaşvilini əfv etməyə və azad etməyə çağıran qətnamə qəbul edib.
"Report" xəbər verir ki, bu barədə "RBC-Ukraina" Avropa Parlamentinin saytına istinadən xəbər verir.
“Onun kəskin arıqlaması və həbsdə olarkən ağır metaldan zəhərlənməsi ilə bağlı məlumatları nəzərə alan Avropa Parlamentinin deputatları Gürcüstan hakimiyyətini Saakaşvilini azad etməyə və onun xaricdə lazımi müalicə almasına icazə verməyə çağırır”, - qətnamədə deyilir.
Avropa Parlamentinin deputatları həmçinin Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvilini keçmiş dövlət başçısını əfv etmək üçün konstitusion hüququndan istifadə etməyə çağırıblar.
Xatırladaq ki, fevralın 6-da Tbilisi şəhər məhkəməsi Gürcüstanın eks-prezidenti və Ukrayna vətəndaşı Mixail Saakaşvilinin səhhətinə görə cəzanın dayandırılması və ya azadlığa buraxılması ilə bağlı vəsatəti təmin etməyib.