Avropa Parlamenti Aİ-də abort hüququnun konsolidasiyasına dəstək verib
- 12 aprel, 2024
- 04:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Parlamentinin üzvləri Avropa İttifaqı Şurasına cinsi, reproduktiv sağlamlıq, təhlükəsiz və qanuni abort hüququnu Aİ-nin Əsas Hüquqlar Xartiyasına əlavə etməyə çağıran qətnaməni dəstəkləyiblər.
“Report” xəbər verir ki, qətnaməni 336 deputat dəstəkləyib, 163 deputat isə əleyhinə çıxıb.
Sənəd Aİ-yə üzv dövlətləri - ilk növbədə Polşa və Maltanı abortu tamamilə dekriminallaşdırmağa və abort qarşısındakı maneələri aradan qaldırmağa və onlarla mübarizə aparmağa çağırır.
Avropa Parlamentinin üzvləri həmçinin Aİ-də abort əleyhinə qrupların maliyyələşdirilməsinin artırılmasından narahat olduqlarını bildiriblər və Avropa Komissiyasını qadınların reproduktiv hüquqlarının məhdudlaşdırılmasını müdafiə edən təşkilatlara maliyyə ayırmamağa çağırıblar.