Avropa ölkələri hərbi xərclərini əhəmiyyətli dərəcədə artırır

Avropa ölkələri hərbi xərclərini əhəmiyyətli dərəcədə artırır Versal sammitində Avropa İttifaqına üzv olan ölkələrin liderləri ilk dəfə olaraq hərbi xərcləri əhəmiyyətli dərəcədə genişləndirmək, birgə inkişaf etdirmək, yeni silahlar yaratmaq və almaq qərarına gəliblər.
Digər ölkələr
12 Mart , 2022 04:19
Avropa ölkələri hərbi xərclərini əhəmiyyətli dərəcədə artırır

Versal sammitində Avropa İttifaqına üzv olan ölkələrin liderləri ilk dəfə olaraq hərbi xərcləri əhəmiyyətli dərəcədə genişləndirmək, birgə inkişaf etdirmək, yeni silahlar yaratmaq və almaq qərarına gəliblər.

“Report” xəbər verir ki, bu barədə sammitin yayılan yekun bəyanatında deyilir.

Qeyd edək ki, əvvəllər bu məsələlərlə yalnız NATO məşğul olurdu və Avropa İttifaqi daim öz iqtisadi xarakterini vurğulayırdı.

“Biz qətiyyətlə hərbi imkanlarımıza və innovativ texnologiyalarımıza böyük nəticələr əldə etmək üçün daha çox sərmayə qoymalıyıq. Biz müdafiə xərclərimizi əhəmiyyətli dərəcədə artırmaq qərarına gəldik, onun əhəmiyyətli bir hissəsi əsas çatışmazlıqlarımızı (silah sahəsində -) kompensasiya etmək üçündür”, - deyə məlumatda vurğulanıb.

Aİ ölkələri həmçinin mülki, hərbi və kosmik texnologiyaların birgə istifadəsi və öz müdafiə sənayesini, o cümlədən kiçik və orta müəssisələri inkişaf etdirmək imkanlarını axtarmaq niyyətindədir.

Son xəbərlər

Orphus sistemi