Avropa Məhkəməsi Macarıstan və Slovakiyanın miqrasiya kvotaları sistemini ləğv etmək tələbini rədd edib

Avropa Məhkəməsi Macarıstan və Slovakiyanın miqrasiya kvotaları sistemini ləğv etmək tələbini rədd edib Macarıstan miqrantların yerləşdirilməsi üzrə Avropa kvota sistemi qüvvəyə minəndən bəri bir miqrantı belə qəbul etməyib
Digər ölkələr
6 Sentyabr , 2017 16:55
Avropa Məhkəməsi Macarıstan və Slovakiyanın miqrasiya kvotaları sistemini ləğv etmək tələbini rədd edib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Avropa Ədalət Məhkəməsi Macarıstan və Slovakiyanın 2015-ci ildə miqrantların qəbulu ilə əlaqədar qüvvəyə minən kvotaları ləğv etmək tələbini rədd edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, Macarıstan iki il əvvəl Avropaya gələn miqrantların böyük hissəsinin üz tutuduğu Yunanıstan və İtaliyaya təzyiqi azaltmaq məqsədilə miqrantların yerləşdirilməsi üzrə Avropa kvota sistemi qüvvəyə minəndən bəri bir miqrantı belə qəbul etməyib.

Bu sistem çərçivəsində yalnız 28 min miqrant qəbul edilib. Hərçənd sistem təsdiq olunan zaman sisitemin 160 min nəfəri əhatə edəcəyi gözlənilirdi.

Macarıstan, Slovakiya, Çexiya və Rumıniya kvota tətbiqinə qarşı səs verib.

Macarıstan və Slovakiya Avropa Ədalət Məhkəməsinə müraciət edərək kvota sistemi tətbiq edilərkən prosedur pozuntular olduğunu və kvotanın miqrasiya böhranına adekvat tədbir olmadığını iddia edib. Onların iddiaları sağçıların hakimiyyətə gəldiyi Polşa tərəfindən də dəstəklənib.

Onların iddiası Avropa İttifaqının ən yüksək məhkəməsi tərəfindən rədd edilib. Məhkəmənin qərarı qətidir və ondan apellyasiya verilə bilməz.

Macarıstan, Polşa və Çexiya miqrantların yerləşdirilməsi ilə bağlı icbari proqramı yerinə yetirmədiklərinə görə Avropa Komissiyası tərəfindən məhkəmə tədbirləri ilə üzləşə bilərlər.

Son xəbərlər

Orphus sistemi