Yuxarı

Avropa liderləri Yunanıstan böhranını bu gün bir daha müzakirə edəcək

Toplantı iştirakçıları ümid edirlər ki, bu həftə Yunanıstana dair təkliflər paketi təsdiqlənəcək

Bakı. 24 İyun. REPORT.AZ/ Yunanıstanı borclarına görə defoltdan qorumaq istiqamətində sövdələşməyə nail olmaq üçün Avrozona liderləri bu gün Brüsseldə növbədən kənar toplantı keçirəcəklər.

"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, toplantı iştirakçıları ümid edirlər ki, bu həftə Yunanıstana dair təkliflər paketi təsdiqlənəcək.

Yalnız həmin paket dəstəkləndikdən sonra Aİ liderləri Yunanıstan hökümətinə 7.2 milyard avro məbləğində son kredit tranşının ayrılmasına razılıq verə bilərlər.

Almaniya kansleri Angela Merkel ötən gün bəyan edib ki, Yunanıstanın son təkliflərində "müəyyən irəliləyiş" var. Lakin o, vaxtın daraldığını qeyd edərək daha çox işin görülməsinin vacibliyini də vurğulayıb.

Qeyd edək ki, Yunanıstan iyun ayının sonunadək Beynəlxalq Valyuta Fondundan götürdüyü €1.6 milyard borcu odəməlidir. Bu baş verməsə, ölkə avrozonanı və ola bilsin ki, Aİ-nı tərk etməli olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi