Avropa Komissiyasının sədri: "Türkiyə böyük addımlarla Avropadan uzaqlaşır"

Avropa Komissiyasının sədri: "Türkiyə böyük addımlarla Avropadan uzaqlaşır" Jan-Klod Yunker: "İstənilən halda, indi danışıqlar yoxdur"
Digər ölkələr
29 Avqust , 2017 14:07
Avropa Komissiyasının sədri: Türkiyə böyük addımlarla Avropadan uzaqlaşır

Bakı. 29 avqust. REPORT.AZ/ "Türkiyə böyük addımlarla Avropadan uzaqlaşır. Sual doğuran məsələ ondan ibarətdir ki, Türkiyə ilə danışıqları dayandırmalıyıq, ya yox. Bu, tamamilə nəzəri məsələdir. İstənilən halda, indi danışıqlar yoxdur".

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker bu gün Brüsseldə səfirlik konfransında danışarkən Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı məsələni şərh edən zaman deyib.

"Həmişə dostluq əlaqələri saxladığım və indi də yaxşı münasibətlərimizin olduğu Prezident Rəcəb Tayyib Ərdoğanın bütün məsuliyyəti Avropa İttifaqının üzərinə yıxmaq məqsədi ilə məhz Avropanın danışıqları dayandırmaq istədiyini bəyan etməsini istəməsində şübhələnirəm", - Jan-Klod Yunker vurğulayıb.

Onun fikrincə, Aİ Türkiyəyə məhz Ərdoğan sisteminin ölkənin bu birliyə qoşulmasının qarşısını aldığını aydın şəkildə başa salmalıdır.

Son xəbərlər

Orphus sistemi