Avropa Komissiyasının (AK) sədri Jan-Klod Yunker səhhətindəki problemlərə görə Fransanın Biarrits şəhərində keçiriləcək "Böyük yeddilik" (G7) sammitində iştirak edə bilməyəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Nataşa Berto məlumat verib.
Onun sözlərinə görə, AK sədri xəstəxanaya yerləşdirildiyindən və öd kisəsindən əməliyyat olunduğundan sammitə qatılması imkansızdır. "Sədr yaxın vaxtlarda Fransa prezidenti Emmanuel Makron və
Qeyd edək ki, avqustun 17-də AK-dan Yunkerin öd kisəsinin götürülməsi üzrə əməliyyat keçirilməsi üçün Avstriyadakı tətilini təcili qaydada yarımçıq qoyduğu bildirilib.