Avropa Komissiyası ABŞ-nin ticarət rüsumları ilə bağlı yekun qərarını gözləyir
Digər ölkələr
- 02 aprel, 2025
- 17:15
Avropa Komissiyası ABŞ-nin ticarət rüsumlarına cavab tədbirlərini yalnız Vaşinqton öz yekun qərarını elan etdikdən sonra açıqlayacaq.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Olof Cill Brüsseldə keçirilən brifinqdə bildirib.
"Biz hələ də Vaşinqtonun bu axşam qəbul edəcəyi yekun qərarın nə olacağını bilmirik. Mümkün nəticələri diqqətlə təhlil edirik, lakin bu barədə danışmaq üçün hələ çox tezdir", - o vurğulayıb.
Daha əvvəl bildirilmişdi ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Avropa mallarına qarşı ikinci ticarət rüsumları paketini aprelin 2-də elan edəcək.
Vaşinqton artıq Avropa polad, alüminium, avtomobil və onun ehtiyat hissələrinə 25 % rüsum tətbiq edib.
Son xəbərlər
17:29
Mettyu Uitaker: Rusiya ilə Ukrayna arasında sülhə heç vaxt olmadığı qədər yaxınıq
Digər ölkələr17:25
Ötən gün 24,6 kiloqramdan artıq narkotik aşkarlanıb
Hadisə17:07
Səfir: Azərbaycan Qazaxıstanla əlaqələrin möhkəmləndirilməsinə dair istənilən təşəbbüsü dəstəkləyir
Mədəniyyət siyasəti16:59
Azərbaycanı Avropa çempionatında 20 boksçu təmsil edəcək
Fərdi16:53
Ötən gün Bakı və rayonlarda 64 odlu silah-sursat aşkar edilib
Hadisə16:47
Foto
Anar Əliyev TDT-nin Baş katibi və türkiyəli həmkarı ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Sosial müdafiə16:46
Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalına çəkdiyi xərci 19 %-dən çox azaldıb
Biznes16:29
Foto
Azərbaycan, Özbəkistan və Qazaxıstan diasporlarının görüşlərinin keçirilməsi barədə razılıq əldə olunub
Xarici siyasət16:28
Foto