Avropa Komissiyası yaxın günlərdə Rusiyaya qarşı 11-ci sanksiyalar paketini təklif edəcək

Digər ölkələr
  • 05 may, 2023
  • 16:21
Avropa Komissiyası yaxın günlərdə Rusiyaya qarşı 11-ci sanksiyalar paketini təklif edəcək

Avropa Komissiyası yaxın günlərdə Rusiyaya qarşı 11-ci sanksiyalar paketini təklif etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Avropa Komissiyasının artıq tətbiq edilmiş məhdudiyyətlərə əməl olunmamasına görə üçüncü ölkələrə qarşı sanksiyalar tətbiq edib-etməyəcəyi hələ aydın deyil.

"Bu ideya keçən həftə Aİ nümayəndələri ilə gündəmə gətirildi, lakin bu mövzu çox həssas olduğu üçün onun faktiki təklifə daxil edilib-edilməyəcəyi bəlli deyil", - "Politico" yazır.

44 filmi