Avropa Komissiyası ukraynalılar üçün pulsuz rouminqi bir il müddətinə uzadıb

Digər ölkələr
  • 10 iyul, 2023
  • 16:42
Avropa Komissiyası ukraynalılar üçün pulsuz rouminqi bir il müddətinə uzadıb

Avropa Komissiyası Ukraynadan olan qaçqınlar üçün pulsuz rouminq müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Belə ki, Avropanın 22 dövləti və Ukraynanın 7 mobil operatoru arasında 2022-ci ilin aprelində imzalanmış razılaşma uzadılıb.

Elektron rabitə üzrə Avropa tənzimləyiciləri orqanı sazişin effektivliyini qeyd edib, çünki bu, transsərhəd zənglər üçün sərfəli xidmətlərin göstərilməsinə imkan verir.

Bundan əlavə, Avropa Komissiyası Ukraynanın Aİ-nin rouminq zonasına inteqrasiyasına hazırlaşır ki, bu da daha stabil və uzunmüddətli həlli təmin edəcək.

Xatırladaq ki, aprel ayında Avropa İttifaqı Şurası Ukraynanın Aİ-nin azad rouminq zonasına daxil olmasını dəstəkləmişdi. Bu, ukraynalılara Avropa ölkələrində rouminq üçün daha az pul ödəməyə imkan verəcək.

44 - Tezliklə