Avropa Komissiyası ukraynalı qaçqınlar üçün 3,4 milyard avro ayırır

Avropa Komissiyası ukraynalı qaçqınlar üçün 3,4 milyard avro ayırır Avropa Komissiyası Ukraynadan olan qaçqınlara kömək edən ittifaq ölkələrinə 3,4 milyard avro ayırmağı təklif edib.
Digər ölkələr
23 Mart , 2022 22:35
Avropa Komissiyası ukraynalı qaçqınlar üçün 3,4 milyard avro ayırır

Avropa Komissiyası Ukraynadan olan qaçqınlara kömək edən ittifaq ölkələrinə 3,4 milyard avro ayırmağı təklif edib.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, maliyyə vəsaiti "REACT-EU" proqramının bir hissəsi kimi göndəriləcək.

Vəsaitlər mənzil, təhsil, səhiyyə, məşğulluq və uşaqların sosial müdafiəsi üçün istifadə olunacaq.

"Rusiyanın hərbi müdaxiləsi nəticəsində 3 milyondan çox ukraynalı öz ölkəsini tərk etməyə məcbur olub və bu rəqəm hər gün artır. Üzv dövlətlər həmrəylik nümayiş etdirərək onları zəruri ərzaq və tibbi məhsullarla təmin etməlidir", - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi