Avropa Komissiyası: Ukrayna xalqı tələb etməyənə qədər ölkədə seçkilərə ehtiyac yoxdur

Avropa Komissiyası: Ukrayna xalqı tələb etməyənə qədər ölkədə seçkilərə ehtiyac yoxdur Ukrayna xalqı tələb etməyənə qədər ölkədə prezident seçkilərinin keçirilməsinə ehtiyac yoxdur.
Digər ölkələr
28 mart 2025 16:51
Avropa Komissiyası: Ukrayna xalqı tələb etməyənə qədər ölkədə seçkilərə ehtiyac yoxdur
Paula Pinyo

Ukrayna xalqı tələb etməyənə qədər ölkədə prezident seçkilərinin keçirilməsinə ehtiyac yoxdur.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Paula Pinyo Brüsseldə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Zelenski demokratik yolla seçilib və əgər Ukrayna xalqı seçki tələb etmirsə, "başqa heç kim onun keçirilməsini tələb etməməlidir".

Ukrayna ilə ABŞ arasında resurslar haqqında sazişə toxunan nümayəndənin sözlərinə görə, Avropa Komissiyası Kiyevə bildirib ki, bu saziş Ukraynanın üzvlük prosesi çərçivəsində Avropa İttifaqı (Aİ) qarşısında öhdəliklərini yerinə yetirməsi baxımından təhlil edilməlidir.

P.Pinyo qeyd edib ki, Avropa Komissiyası ABŞ ilə sazişin bağlanmasının nəticələri ilə bağlı Kiyevlə məsləhətləşmələr aparmağa açıqdır.

Son xəbərlər

Orphus sistemi