Avropa Komissiyası Polşaya 137 milyard avro ayıracaq

Avropa Komissiyası Polşaya 137 milyard avro ayıracaq Avropa Komissiyası (AK) ölkədə məhkəmə sisteminin müstəqilliyini təmin etmək üçün islahatların başlanmasına cavab olaraq Polşaya Aİ büdcəsindən 137 milyard avroya qədər vəsait ayırmaq qərarına gəlib.
Digər ölkələr
1 Mart , 2024 03:15
Avropa Komissiyası Polşaya 137 milyard avro ayıracaq

Avropa Komissiyası (AK) ölkədə məhkəmə sisteminin müstəqilliyini təmin etmək üçün islahatların başlanmasına cavab olaraq Polşaya Aİ büdcəsindən 137 milyard avroya qədər vəsait ayırmaq qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə AK-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Avropa Komissiyası Polşaya 137 milyard avro dəyərində Aİ maliyyələşdirməsinə çıxış imkanı verən iki hüquqi akt qəbul edib.

Bu tədbirlər Polşanın həyata keçirdiyi qanunun aliliyi islahatlarına, eləcə də məhkəmə hakimiyyətinin müstəqilliyini gücləndirmək üçün əsas problemlərin həlli üçün atdığı son və təxirəsalınmaz addımlara aiddir.

Polşa Pandemiya ilə Mübarizə Fondundan təqribən 59,8 milyard avro və birləşmə fondlarından 76,5 milyard avro alacaq.

AK önümüzdəki həftələrdə 6,3 milyard avro da ayrılacağını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi