Avropa Komissiyası ABŞ Konqresinə Ukraynaya yardımla bağlı çağırış edib

Avropa Komissiyası ABŞ Konqresinə Ukraynaya yardımla bağlı çağırış edib Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ABŞ Konqresini, nəhayət, Kiyevə yardım paketini təqdim etməyə çağırıb.
Digər ölkələr
15 Aprel , 2024 13:36
Avropa Komissiyası ABŞ Konqresinə Ukraynaya yardımla bağlı çağırış edib

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen ABŞ Konqresini Ukraynaya yardım paketini, nəhayət, təqdim etməyə çağırıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Ursula fon der Lyayen ABŞ Konqresinin Ukraynaya hərbi yardımları bir müddətdir, yubatdığını xatırladıb:

“Ukrayna dünyanın bütün azad ölkələrinin dəstəyinə layiqdir. Mən indi ABŞ Nümayəndələr Palatasına birmənalı olaraq çağırış edirəm ki, Ukraynaya yardım paketini qəbul etsinlər”.

Qeyd edək ki, ABŞ-ın Ukraynaya yardımları maliyyələşdirmək üçün yeni vəsaitlərin ayrılması məsələsi Konqresdə ötən ilin payızından müzakirə olunur.

Son xəbərlər

Orphus sistemi