Avropa Komissiyası ABŞ-da baş verən hadisələrə münasibət bildirib

Avropa Komissiyası ABŞ-da baş verən hadisələrə münasibət bildirib “Cozef Bayden seçkilərin qalibidir. Onunla Birləşmiş Ştatların növbəti prezidenti kimi işləyəcəyim anı səbirsizliklə gözləyirəm”.
Digər ölkələr
7 Yanvar , 2021 11:05
Avropa Komissiyası ABŞ-da baş verən hadisələrə münasibət bildirib

“Cozef Bayden seçkilərin qalibidir. Onunla Birləşmiş Ştatların növbəti prezidenti kimi işləyəcəyim anı səbirsizliklə gözləyirəm”.

“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen söyləyib.

O, paytaxt Vaşinqtondakı hadisələrdən sonra belə ABŞ-dakı demokratiyanın gücünə inandığını vurğulayıb:

“Əsası hakimiyyətin dinc yolla ötürülməsi olan ABŞ-ın qurumları və institutlarına inanıram”.

Qeyd edək ki, 2020-ci ilin noyabr ayının 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Yekun nəticələrə görə, müxalif Demokratlar Partiyasının namizədi, 78 yaşlı senator Cozef Bayden Respublikaçılar Partiyasının təmsilçisi, hazırkı prezident Donald Trampa qalib gəlib. Buna baxmayaraq, D.Tramp seçkilərdə saxtakarlığın olduğunu açıqlayaraq nəticələri tanımayıb. Bunun fonunda ABŞ-ın bir sıra ştatlarında hazırkı prezidentin tərəfdarları nümayişlər keçirməyə başlayıb.

Yanvarın 6-da Vaşinqtonda keçirilən böyük mitinq isə iğtişaşa çevrilib. Donald Trampın tərəfdarları Konqres binasına basqın edib. Bu zaman 4 vətəndaş həlak olub, 14 polis yaralanıb.

Vaşinqton Polis İdarəsinin rəisi Robert Kontinin sözlərinə görə, vətəndaşlardan biri polisin açdığı atəş nəticəsində ölüb.

Paytaxtda qarışıqlıq düşəndən sonra Donald Tramp başda Cozef Bayden olmaqla digər siyasətçilərin təzyiqi altında tərəfdarlarına videomüraciət edib. O müraciətdə seçki nəticələrinin oğurlandığını, lakin, bununla belə, zorakılığa yol verilməməsinin vacibliyini vurğulayıb.

Hazırda Vaşinqtonda kommendant saatı tətbiq edilir, şəhərdə küçəyə çıxmaq qadağandır. Vəziyyət polisin nəzarəti altındadır.

Son xəbərlər

Orphus sistemi