Aİ-nin pandemiyaya qarşı tədbirlərində nöqsanların olduğu bildirilir

Aİ-nin pandemiyaya qarşı tədbirlərində nöqsanların olduğu bildirilir "Gerçəklikdən və əhalidən uzaq düşən Aİ mütəmadi olaraq səhvlər edir"
Digər ölkələr
15 Mart , 2021 17:35
Aİ-nin pandemiyaya qarşı tədbirlərində nöqsanların olduğu bildirilir

"Koronavirus pandemiyası Avropa İttifaqının (Aİ) idarəçilik sistemində nöqsanları aşkarladı, peyvəndləmədə nəticə əldə edilməməsi də bu qurumun səriştəsizliyinə dəlalət edir".

“Report” xəbər verir ki, bu fikirləri “RİA Novosti”yə müsahibəsində Avropa Parlamentinin Fransanın ifrat sağçı Milli Toplanış Partiyasından (National Rally Party) deputatı Nikola Bay dilə gətirib:

“Bu böhran öz işlərini milli hökumətlərin üstünə yıxan Brüsselin idarəçilik çevikliyindəki kəskin qüsurları ortaya qoyur. Gerçəklikdən və əhalidən uzaq düşən Aİ mütəmadi olaraq səhvlər edir”.

Peyvəndin mərkəzləşdirilmiş qaydada sifariş planının tədarük məsələsində ciddi problemlərə səbəb olduğunu deyən deputat Aİ-nin COVID pasportları ilə bağlı planını da tənqid edib:

“Həm Fransada, həm də Avropanın bir çox başqa ölkələrində vətəndaş azadlıqları xeyli məhdudlaşdırıldı. COVID pasportları planı vətəndaşları dərəcələrə bölən sosial nəzarət sisteminə doğru daha bir addımdır. Biz səyahətlərə, restorana getməyə qadağa qoymaqdansa, ölkələrimiz üçün peyvəndin tədarükü barədə düşünməliyik”.

Son xəbərlər

Orphus sistemi