Avropa İttifaqının energetika nazirləri fövqəladə iclas keçirəcəklər

Avropa İttifaqının energetika nazirləri fövqəladə iclas keçirəcəklər Avropa İttifaqının energetika nazirləri noyabrın 24-də enerji böhranı ilə mübarizə üçün Brüsseldə fövqəladə iclas keçirəcəklər.
Digər ölkələr
26 oktyabr 2022 00:38
Avropa İttifaqının energetika nazirləri fövqəladə iclas keçirəcəklər

Avropa İttifaqının energetika nazirləri noyabrın 24-də enerji böhranı ilə mübarizə üçün Brüsseldə fövqəladə iclas keçirəcəklər.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqına sədrlik edən Çex respublikasının sənaye və ticarət naziri Jozef Sikela bildirib.

“Energetika nazirləri Aİ Enerji Şurasının 4-cü növbədənkənar iclasını keçirəcəklər. Nazirlər fövqəladə antiböhran tədbirləri paketini təsdiqləmək üçün noyabrın 24-də Brüsseldə görüşəcəklər”-deyə, o bildirib.

Bu paketə Aİ ölkələrində təbii qazın mübadilə qiymətləri üçün dinamik qiymət dəhlizinin yaradılması, maye qazın istehlakının 15%-ə qədəri səviyyəsində birgə alış mexanizminin işə salınması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi