Onun sözlərinə görə, dekabrın 16-da F.Mogerini Kiyevə gedəcək və orada Ukrayna prezidenti, eləcə də hökumət, parlament və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşəcək.
M.Kosyançiç bildirb ki, tərəflər yalnız Ukraynadakı siyasi vəziyyətin tənzimlənməsini deyil, Ukraynada islahatların keçirilməsi ilə bağlı Aİ-nin dəstəyi məsələlərini də müzakirə edəcəklər.
O vurğulayıb ki, dekabrın 15-də F.Mogerini, Ukraynanın baş naziri Arseni Yatsenyuk, Aİ-nin qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Hanın iştirakı ilə Brüsseldə Avropa Birliyi - Ukrayna Assosiasiyası üzrə Şurasının ilk iclası keçiriləcək.