Avropa İttifaqı Şurasının Prezidenti Ukraynada səfərdədir - YENİLƏNİB

Avropa İttifaqı Şurasının Prezidenti Ukraynada səfərdədir - YENİLƏNİB Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukraynanın paytaxtı Kiyevə gedir.
Digər ölkələr
19 Yanvar , 2023 13:11
Avropa İttifaqı Şurasının Prezidenti Ukraynada səfərdədir - YENİLƏNİB

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukraynanın paytaxtı Kiyevdədir. 

“Report” xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

“Bütün əməkdaşlıq istiqamətlərini müzakirə etmək üçün Kiyevdəyəm”, - diplomat bildirib. 

Ş.Mişel həmçinin 2023-cü ilin qələbə və sülh ili olmasını arzulayıb. 

Aİ Şurası Prezidentinin bir sıra rəsmi şəxslər, o cümlədən Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə görüşü gözlənilir.

10:40

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukraynanın paytaxtı Kiyevə yola düşüb.

“Report” xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

“Kiyevə gedirəm. Ukraynalılar öz torpaqları, övladlarının gələcəyi üçün mübarizə aparırlar. Lakin onlar həm də bizim ümumi Avropa dəyərlərimiz olan sülh və firavanlıq uğrunda da mübarizə aparırlar”.

O bildirib ki, Ukraynanın Aİ-nin dəstəyinə ehtiyacı var: “Və onlar bu dəstəyə layiqdirlər”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.

Son xəbərlər

Orphus sistemi